Modern.az

Müdafiə Nazirliyinin Mətbuat Xidmətinə yeni mətbuat katibi təyin olundu

Müdafiə Nazirliyinin Mətbuat Xidmətinə yeni mətbuat katibi təyin olundu

Aktual

26 Sentyabr 2020, 18:00

Azərbaycan Ordusu ilə kütləvi informasiya vasitələri (KİV) arasında işin çevik və daha səmərəli təşkil edilməsi məqsədilə Müdafiə Nazirliyinin Mətbuat Xidmətində struktur dəyişikliyi və kadr islahatları aparılıb.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, Müdafiə nazirinin əmri ilə Mətbuat Xidmətində mətbuat katibi vəzifəsi təsis olunub və bu vəzifəyə polkovnik-leytenant Eyvazov Anar Məhəmmədəli oğlu təyin edilib.

 

 

 

Qeyd edək ki, Müdafiə Nazirliyində Mətbuat Xidmətinin fəaliyyətinə, o cümlədən KİV nümayəndələri ilə işin aparılmasına polkovnik Vaqif Dərgahlı rəhbərlik edir.

Twitter
Sizə yeni tvit var
Keçid et
https://www.youtube.com/watch?v=BF6L1nRj5_E