Modern.az

Yaxın 3 gün ərzində gözlənilən hava şəraiti

Yaxın 3 gün ərzində gözlənilən hava şəraiti

Ölkə

25 Yanvar 2010, 18:09

Modern.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında yanvarın 26-da hava şəraitinin tutqun olacağı, fasilələrlə qar yağacağı və çovğun olacağı gözlənilir. Şimal-qərb küləyinin sürəti 18-23 m/s olacaq, arabir 25-28 m/s, 26-dan 27-nə keçən gecə yarımadanın bəzi yerlərində 30-33 m/s-dək şiddətlənəcəyi ehtimal olunur. Havanın temperaturu gecə 3-5 dərəcə şaxta, gündüz 0-2 dərəcə şaxta təşkil edəcək. Yollar buz bağlayacaq. Yanvarın 27-də hava şəraitinin buludlu olacağı, fasilələrlə qar yağacağı gözlənilir. 26-dan 27-nə keçən gecə və səhər şimal-qərb küləyinin sürəti 15-20 m/s olacaq, arabir 23-25 m/s-dək güclənəcək, gündüz 9-14 m/s-dək mülayimləşəcək. Havanın temperaturu gecə 3-5 dərəcə şaxta, gündüz 0-2 dərəcə şaxta təşkil edəcək. Yollar buz bağlayacaq. Yanvarın 28-də hava şəraitinin buludlu olacağı, 27-dən 28-nə keçən gecə və səhər bəzi yerlərdə zəif qar yağacağı gözlənilir, gündüz arabir açılacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi ehtimal olunur. Şimal-şərq küləyinin sürəti 6-11 m/s olacaq, gündüz cənub-qərb küləyinin sürəti 9-14 m/s təşkil edəcək, arabir 16-18 m/s-dək güclənəcək.
Havanın temperaturu gecə 4-7 dərəcə şaxta, gündüz 0-2 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında yanvarın 26-da intensiv qar yağacağı, bəzi yerlərdə güclü olacağı gözlənilir. Şimal-qərb küləyinin sürəti 10-15 m/s olacaq, arabir 20-25 m/s-dək güclənəcək, ayrı-ayrı yerlərdə 30-33 m/s-dək şiddətlənəcək.
Qərb küləyinin sürəti 5-10 m/s olacaq, ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 3-5 dərəcə şaxta, gündüz 3 şaxtadan 2 dərəcəyədək isti, dağlarda gecə 8-13 dərəcə şaxta, gündüz 2-7 dərəcə şaxta təşkil edəcək.
Yanvarda 27-28-də intensiv qar yağacağı, 28-də səhər qərb rayonlarında, gündüz şərq rayonlarında tədricən kəsiləcəyi gözlənilir. 26-dan 27-nə keçən gecə və səhər şimal-qərb küləyinin sürəti 10-15 m/s olacaq , arabir 20-25 m/s-dək güclənəcək. 27-də gündüz küləyinin sürəti 5-10 m/s-dək zəifləyəcək, 28-də gündüz arabir 15-18 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 3-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlarda gecə 10-15 dərəcə şaxta, gündüz 3-8 dərəcə şaxta təşkil edəcək.

Milli Hidrometeorologiya Departamenti xəbərdarlıq edir ki. anomal soyuq hava şəraiti yanvarın 28-də gündüzədək davam edəcək. Fasilələrlə intensiv qar yağacağı, yağıntıların bəzi yerlərdə güclü olacağı, yolların buz bağlayacağı, çovğun olacağı gözlənilir. Şimal-qərb küləyi 20-25 m/s, ayrı-ayrı yerlərdə 28-33 m/s-dək şiddətlənəcək.

Tibbi-meteoroloji proqnoza görə, yaxın 2 gün ərzində Abşeron yarımadasında şaxtalı hava və kəskin külək nəticəsində yaranmış soyuq diskomfort hava şəraiti meteohəssas insanlar üçün əlverişsizdir.  

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok