Modern.az

Şuşada Azərbaycan əsgərinə abidə ucaldılsın - Deputatdan təklif

Şuşada Azərbaycan əsgərinə abidə ucaldılsın - Deputatdan təklif

Aktual

13 Noyabr 2020, 13:05

“Şuşa şəhərinin ən yüksək yerlərindən birində bizim xilaskar əsgərimizə abidə qoyulsun”. 

 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elman Nəsirov deyib.

 

Deputat bildirib ki, bu tarixi qələbənin birinci qəhrəmanı Ali Baş Komandan İlham Əliyevdir: “Onun atdığı addımlar həlledici idi və qələbəni təmin etdi. Şanlı qələbəyə imza atan isə Ordumuzdur. Ordumuz sözün həqiqi mənasında xariqələr yaratdı, tarixi qələbəni bizə yaşatdı. Şəhidlərimizin qarşısında baş əyirik, qazilərimizə hörmətlə, izzətlə yanaşırıq”.

 

Deputat təklif edib ki, müəyyən vaxtdan sonra, uyğun şərait yaranda parlamentin iclaslarından biri Şuşa şəhərində keçirilsin: “İşğaldan azad olunmuş torpaqlarla bağlı qanun layihələrini Şuşada qəbul edək”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir