Türkiyə-Rusiya Ortaq Monitorunq Mərkəzi ən qısa zamanda fəaliyyətə başlayacaq.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi "Twitter” hesabında paylaşıb
Qeyd olunub ki, noyabrın 11-də Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Rusiya müdafiə naziri Sergey Şoyqu arasında Azərbaycan və Ermənistan arasında atəşkəsin həyata keçirilməsini izləmək və nəzarət etmək üçün videokonfrans vasitəsilə anlaşma memorandumu imzalanmışdı:
“Türkiyə-Rusiya Ortaq Monitorinq Mərkəzinin qurulması və vəzifə prinsipləri ilə əlaqədar texniki detallara dair danışıqlar başa çatıb və daha bir memorandum imzalanıb. Mərkəzin ən qısa müddətdə aktivləşdirilməsi üçün lazımi işlər aparılır”.