Modern.az

İspaniyada azarkeşlər stadionlara buraxılacaq

İspaniyada azarkeşlər stadionlara buraxılacaq

Aktual

2 Dekabr 2020, 00:52

İspaniya çempionatında azarkeşlərin stadionlara buraxılacağı vaxt müəyyənləşib.

 

Modern.az xəbər verir ki, bunu Primeranın prezidenti Xavyer Tebas açıqlayıb.

 

O bildirib ki, artıq gələn ilin yanvarından tribunalarda tamaşaçılar da olacaq. Lakin çempionatda koronavirusla bağlı sərt məhdudiyyətlər də tətbiq ediləcək:

 

“Bəli, biz fanatları qaytaracağıq. Məhdud sayda azarkeşlərdən başlayacağıq. Ümid edirəm ki, buna artıq yanvarda başlayacağıq”.

 

Qeyd edək ki, azarkeşlərin tribunalara buraxılması martda, koronavirus pandemiyası başlayanda dayandırılıb. Buna baxmayaraq, həvəskar komandaların oyunlarına məhdud sayda tamaşaçı buraxılırdı. Bu, yeni ildən Primera və Sequndaya da şamil ediləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir