Modern.az

ATƏT-in Nazirlər Şurasının iclası keçirilir

ATƏT-in Nazirlər Şurasının iclası keçirilir

Aktual

3 Dekabr 2020, 13:36

ATƏT-in Nazirlər Şurasının iclası başlayıb.

 

Modern.az xəbər verir ki, ATƏT-in fəaliyyətdə olan sədri, Albaniyanın Baş naziri və xarici işlər naziri Edi Ramanın dəvəti ilə baş tutan qurumun Nazirlər Şurasının 27-ci iclası COVID-19 pandemiyası ilə əlaqədar videokonfrans formatında keçirilir. 


 
Dekabrın 3-4-də keçiriləcək iclasda regiondakı təhlükəsizlik məsələləri, ATƏT-in hazırkı və gələcək kursu və ATƏT rəhbərliyindəki boş postlara təyinatlar müzakirə olunacaq.


Nazirlər Şurasının iclasında 50-dən çox ölkənin xarici işlər naziri iştirak edir. 

 

 

 

Nazirlər Şurasının iclası həm də Albaniyanın ATƏT-ə sədrliyinin yekunu ilə bağlıdır və videokonfransda ATƏT-in növbəti il üçün kursu müəyyənləşəcək. 

 

Qeyd edək ki 2021-ci il yanvarın 1-dən etibarən ATƏT-ə sədrlik İsveçə keçir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok