Modern.az

“Rusiya tərəfi azərbaycanlıları inandıra bilmir” – Zod yatağı ilə bağlı DANIŞIQLAR

“Rusiya tərəfi azərbaycanlıları inandıra bilmir” – Zod yatağı ilə bağlı DANIŞIQLAR

İqtisadiyyat

12 Dekabr 2020, 12:40

“Zod qızıl yatağı ilə bağlı danışıqlar davam etdir. Amma danışıqlar erməni tərəfinin xeyrinə deyil”.

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın “Qraparak” qəzeti yazır. Qəzetin fikrincə, qızıl yatağının əsas hissəsi Azərbaycan tərəfdə qalacaq.

 

 

“Yataqda çalışan işçilərin sözlərinə görə, Rusiya tərəfi azərbaycanlıları yatağın Ermənistan ərazisinə düşməsi barədə məlumatalara inandıra bilməyib. Yatağın inzibati binası Ermənistana düşsə də, qızıl yataqları Azərbaycan tərəfdə qalıb”.

 

“Qraparak” qəzeti erməni tərəfində qalan ərazidə qızıl ehtiyatlarının yaxın 2 ildə tükənməcəyini yazır. Hazırda 950 işçisi olan qızıl yatağının yalnız 100 əməkdaşı iş başındadır.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya dəhşətli hava hücumu - Ərazilər 5 istiqamətdən vuruldu