Modern.az

Teleməkanda yenilik – bunu AzTV və İTV-dən görəcəyik

Teleməkanda yenilik – bunu AzTV və İTV-dən görəcəyik

Aktual

27 İyul 2012, 10:42

 Danışma və eşitmə qabiliyyəti olmayan insanlar üçün surdotərcümə olacaq

Uzun müddətdir ki, danışma və eşitmə qabiliyyəti olmayan insanlar üçün surdotərcümə ilə xəbərlər verilmirdi. Lakin Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvən Məhərrəmlinin sözlərinə görə, bu məsələ yaxın günlərdə öz həllini tapacaq. O qeyd edib ki, bununla İctimai televiziya və AzTV məşğul olmalıdır.

Bəs surdotərcümə işi bu kanallarda necə tətbiq ediləcək?

Modern.az-a açıqlamasında AzTV-nin mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova “Nuşirəvan Məhərrəmlinin açıqlamasından bəlli olur ki, hələlik surdotərcüməçilərlə bağlı AzTV ilə danışıqlar aparılmayıb. Bu danışıqlardan sonra Milli Teleradio Şurasının rəhbəri özü açıqlama verəcək. Baş tutmamış məsələ haqqında öncədən danışmaq mümkün deyil”, – deyə qeyd edib.

İctimai Televiziyanın rəhbəri isə bu haqda heç bir məlumat vermədi. “Olimpiadaya görə başımız çox qarışıqdır. Ona görə hələ ki bu haqda heç nə deyə bilmərik. Qoyun əvvəlcə iş görək, ondan sonra bu haqda danışaq”, – deyə İsmayıl Ömərov vurğuladı.

Aytən Əliyeva
Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok