Modern.az

Bakıda qadından külli miqdarda narkotik götürüldü

Bakıda qadından külli miqdarda narkotik götürüldü

Aktual

24 Dekabr 2020, 13:40

Bakıda qadında külli miqdarda narkotik vasitə aşkarlanıb.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

 

Belə ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən paytaxt sakini P.Əliyeva saxlanılıb.

 

Şəxsi axtarış zamanı ondan 1 kq heroin, 870 qram metamfetamin, Yasamal rayonunun Ə.Əhmədov küçəsindəki evindən isə 3 kq 709 qram heroin, 2 kq artıq metamfetamin və 2 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?