Modern.az

Türkiyə sülhməramlılarının gəlişi niyə yubanır...

Türkiyə sülhməramlılarının gəlişi niyə yubanır...

26 Dekabr 2020, 17:04

Azərbaycan, Rusiya və Türkiyə arasında razılaşmaya əsasən, Türkiyə Ordusunun hərbiçiləri Azərbaycanda – Ağdamdakı Monitorinq Mərkəzində atəşkəsə nəzarət edəcəklər.

Buna baxmayaraq, hələ də türk sülhməramlılarının gəlməyi barədə heç bir məlumat yoxdur. Bəs, onların gəlməyi nə vaxta planlaşdırılır?

Mövzu barədə Modern.az polkovnik, hərbi ekspert Şair Ramaldanovla danışıb. Onun sözlərinə görə, azad olunmuş ərazilərdə yenidənqurma işləri gedir, hər şey düzələndən sonra türk sülhməramlıları Ağdamda monitorinq mərkəzində yerləşdiriləcək:

 

“Bunlar hamısı dövlətlət arası olan qərarlardır. Amma, onu qeyd etmək istəyirəm ki, işğaldan azad olunmuş ərazilər vandalizim aktı nəticəsində tam dağıdılıb. Hazırda orada infranstruktur, Ağdamda monitorinq qərargahı hazırlanır. Daha sonra ehtiyac olduqca digər hərbi qüvvələr həmin ərazilərə gələcək. Əgər sülhməramlıların gəlməsi lazım olsa, bununla əlaqəli qanun qəbul edilsə, o zaman sülhməramlılar yerləşəcək. Hələlik, sadəcə Türkiyə tərəfi öz sülhməramlılarını göndərə biləcəyini bildirib. Burada birəz siyasi məsələlər də var.

 

Türk sülhməramlılarının gəlməsi Azərbaycanın verəcəyi qərardan asılıdır. Hazırda gedən proseslərdə, həmin ərazilərdə olan sülhməramlılar problem yoxdur. Monitorinq qrupu öz fəaliyyətinə tam şəkildə başlasın, əgər türk sülhməramlılarının yerləşməsi lazım olarsa, o zaman bu barədə qərar qəbul ediləcək”.

 

Fidan İlqarqızı

Telegram
Hadisələri anında izləyin!
Keçid et