Modern.az

Uşaq evində böyüyən şəhidimiz dəfn olundu - FOTOLAR

Uşaq evində böyüyən şəhidimiz dəfn olundu - FOTOLAR

23 Fevral 2021, 15:20

Sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı itkin düşən və dünən şəhid olduğu məlum olan Əmrah Rajapov Gəncə şəhər Şəhidlər xiyabanında dəfn edilib.

 

Modern.az-ın məlumatına görə, Gəncə şəhərində uşaq evində böyüyən şəhid hərbçi şəhər rəhbərliyi və ictimaiyyət nümayəndələrinin iştirakı ilə torpağa tapşırılıb.

 

Qeyd edək ki, Gəncə şəhər sakini, 2000-ci il təvəllüdlü Əmrah Rajapov Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib və aylardır onun taleyindən heç bir xəbər yox idi. Ötən gün aparılan araşdırmalar nəticəsində onun şəhid olduğu müəyyənləşib.

 

Ə.Rajapov atasını kiçik yaşlarında itirib və anası onu uşaq evinə qoyub.

 

Allah rəhmət eləsin!

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok