Modern.az

Ciddi xəstəliyin xəbərçisi olan “zərərsiz” əlamət açıqlandı

Ciddi xəstəliyin xəbərçisi olan “zərərsiz” əlamət açıqlandı

Aktual

7 Mart 2021, 12:34

Əllərdə və ya ayaqlarda tez-tez uyuşma kimi “zərərsiz” bir simptom ciddi xəstəliyin xəbərçisi ola bilər.

 

Modern.az xəbər verir ki, bu barədə rusiyalı terapevt İrina Yeskova danışıb.

 

O, bu təhlükəli xəstəliklər arasında şəkərli diabet, dağınıq skleroz və romatoid artridi göstərib. Həkimin sözlərinə görə, belə hallarda neyropatiya inkişaf edir, bunun da nəticəsində sinir kökləri əziyyət çəkir.

 

Bundan əlavə, uyuşma Reyno xəstəliyinin (aşağı və yuxarı ətrafların arterial damarlarının xəstəliyi) inkişafını göstərə bilər.

 

“Soyuğa çıxanda barmaqlar mavi olur. Müalicə edilmədiyi təqdirdə qanqren inkişaf edə bilər”, - o, xəbərdarlıq edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir