Rusiyada son sutka ərzində koronavirusa 8702 yeni yoluxma halı qeydə alınıb.
Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 4 641 390 nəfərə çatıb.
Rusiyada son bir gündə 337 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 102 986 nəfərdir. İndiyədək 4 265 509 xəstə sağalıb.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada beşinci yerdədir.