ABŞ Rusiyaya qarşı sanksiya tətbiq edib.
Modern.az-ın məlumatına görə, ABŞ Prezidenti Co Bayden Rusiyaya qarşı sanksiya tətbiq edilməsi barədə Fərman imzalayıb.
Sanksiya nəticəsində Rusiyanın Vaşinqtondakı diplomatik korpusunun 10 əməkdaşı ABŞ-dan çıxarılacaq.
Bundan əlavə, ABŞ öz şirkətlərinə Rusiya Mərkəzi Bankı, Rusiya Maliyyə Nazirliyi tərəfindən buraxılan qiymətli kağızları almağı qadağan edib.
ABŞ-ın Maliyyə Nazirliyi isə Rusiyanın Amerikadakı seçkilərə müdaxilədə şübhəli bilinən 16 qurumu və 16 fiziki şəxsinə sanksiya tətbiq edib.