Modern.az

Ötən gün peyvənd olunanların sayı AÇIQLANDI

Ötən gün peyvənd olunanların sayı AÇIQLANDI

6 May 2021, 16:40

Azərbaycanda son sutkada 27777 nəfərə koronavirus (COVID-19) əleyhinə peyvənd vurulub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 4290 nəfər, ikinci mərhələdə vaksinasiyadan keçənlərin sayı 23487 nəfərdir.

 

Ölkədə 18 yanvar 2021-ci ildən indiyədək ümumilikdə 1593883 nəfərə COVID-19 əlyehinə vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 992252 nəfər, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 601631 nəfərdir.

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir