Moskvanın qərbində naməlum şəxs Azərbaycan vətəndaşını güllələyib. Modern.az xəbər verir ki, soydaşımız şəhər xəstəxanlarından birinin reanimasiya şöbəsinə çatdıırlsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 30 yaşlı həmyerlimiz Moskvada bir neçə aydır ki yaşayırmış. Həkimlər onun döş nahiyyəsində odlu silah yarası aşkarlayıblar. Müstəntiqlər həmyerlmizin dost və tanışlarını dindiriblər. Məlum olub ki, həmyerlimiz Platovskaya küçəsində yerləşən restoranlardan birində 4 nəfərlə nahar edib. Gözlənilmədən salondakılardan biri tapança çıxararaq ətrafdakılara atəş açıb. İlk güllə soydaşımızı haqlayıb. Cinayətkar hadisə yerindən qaça bilib. Faktla bağlı araşdırma aparılır.