Modern.az

Bakıda və Xaçmazda mağaza YANDI

Bakıda və Xaçmazda mağaza YANDI

Aktual

18 May 2021, 09:18

Xaçmaz rayonunda ümumi sahəsi 150 m² olan birmərtəbəli geyim mağazasının yanar konstruksiyaları 9 m² sahədə yanıb.

 

Modern.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yüksək temperaturdan lambirindən ibarət tavanı 15 m² sahədə əriyib. Mağazanın qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Bakı şəhərinin Binəqədi rayonunda da ümumi sahəsi 200 m² olan bir dam altında tikilən müxtəlif təyinatlı mağazaların yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı mağazalar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir