Modern.az

Nijni Novqoroddan Bakıya birbaşa uçuşlar başlayır

Nijni Novqoroddan Bakıya birbaşa uçuşlar başlayır

Aktual

18 May 2021, 22:58

Nijni Novqorodun "Striqino" hava limanı Bakıya birbaşa uçuşlara başlayır. Uçuşlar həftədə bir dəfə həyata keçiriləcək.

 

Modern.az xəbər verir ki, bu barədə hava limanının mətbuat xidmətindən bildirilib.

 

Məlumata əsasən, ilk birbaşa uçuş mayın 19-na nəzərdə tutulub. Təyyarə Nijni Novqoroddan yerli vaxtla saat 23:40-da havaya qalxacaq və Bakı vaxtı ilə 03:25-də Azərbaycanda eniş edəcək. 

 
 

 

Bildirilir ki, uçuşları "Nordwind" aviaşirkəti həyata keçirəcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok