Modern.az

Koçaryan Qarabağda yeni müharibə ehtimalını DƏYƏRLƏNDİRDİ

Koçaryan Qarabağda yeni müharibə ehtimalını DƏYƏRLƏNDİRDİ

Qarabağ

25 May 2021, 15:48

Ermənistanın eks-prezidenti Robert Koçaryan geniş mətbuat konfransı keçirib.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, “Ermənistan” blokunun rəhbəri kimi o, Azərbaycanla sərhəd müzakirələri, həmçinin, Qarabağ münaqişəsinin hərbi yolla həlli barədə fikirlərini bölüşüb.

 

Onun fikincə, Qarabağ məsələsi ilə bağlı diplomatik yöndə danışıqlar aparılmalıdır.

 

“Məsələnin hərbi ssenari əsasında həlli variantı gözdən keçirilmir. Ölkə o vəziyyətdə deyil və ümumiyyətə, bu gün belə məsələlər barədə danışmaq düzgün deyil”-deyə Koçaryan söyləyib.

 

O, Azərbaycanla-Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası məsələsinə də toxunub.

 

“Hazırda sərhədlərin delimitasiyası Qarabağ danışıqlarına təsir edə bilər. Delimitasiya Qarabağ ətrafında aparılan danışıqlar prosesində bəzi problemlər yarada bilər. Ümumiyyətlə, delimitasiyadan çox qorxmağa ehtiyac yoxdur, sadəcə bu, indi olduqca problemli bir məsələdir” – deyə Koçaryan bildirib.

 

Aysel Məhərrrəm

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok