Modern.az

Elşad Abdullayev YAP-dan çıxarıldı

Elşad Abdullayev YAP-dan çıxarıldı

1 Oktyabr 2012, 14:47

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev Yeni Azərbaycan Partiyasının (YAP) sıralarından xaric edilib. Modern.az-ın məlumatına görə, bu barədə hakim partiyanın İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib. O qeyd edib ki, məlum qalmaqaldan sonra Elşad Abdullayev partiya üzviliyindən çıxarılıb.

S.Novruzov daha sonra bəyan edib ki, Yeni Azərbaycan Partiyası parlament seçkilərinə heç vaxt Elşad Abdullayevin namizədliyini dəstəkləməyib.

Qeyd edək ki, ABU-nun sabiq rektoru hakim Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının üzvü idi.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!