Modern.az

Xorvatlar ingilisləri dayandıra bilmədi

Xorvatlar ingilisləri dayandıra bilmədi

Aktual

13 İyun 2021, 20:02

İyunun 13-də futbol üzrə İngiltərə millisi Avropa çempionatına qələbə ilə başlayıb.

 

Modern.az xəbər verir ki, "AVRO-2020"nin D qrupu çərçivəsində İngiltərə millisi Xorvatiya yığması ilə qarşılaşıb.

 

Londondakı "Uembli" stadionunda təşkil olunan görüşün birinci hissəsində hesab açılmayıb. Oyunun 57-ci dəqiqəsində İngiltərə millisinin üzvü Rahim Sterlinq Kalvin Fillipsin ötürməsini baxımlı qolla tamamlayıb. Sonra komandaların cəhdlərinə baxmayaraq, hesab dəyişməyib və İngiltərə millisi 1:0 hesablı qələbə qazanıb.

 

D qrupunda növbəti oyun iyunun 14-də Bakı vaxtı ilə saat 17:00-da Şotlandiya və Çexiya milliləri arasında təşkil olunacaq.
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok