Modern.az

Bakıda yol qəzası - xəsarət alanlar var

Bakıda yol qəzası - xəsarət alanlar var

20 İyun 2021, 21:21

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində sürücülər - 41 yaşlı Məmmədov Vahid Ziyadxan oğlu və 40 yaşlı Rafiqov Fuad Əli oğlu müxtəlif xəsarətləri alıblar. Hər iki yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. V.Məmmədova sağ mil sümüyünün sınığı, F.Rafiqova isə qapalı kəllə-beyin travması diaqnozları qoyulub.

 

Hadisənin təfərrüatı araşdırılır (report).

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
https://www.youtube.com/watch?v=BF6L1nRj5_E