Modern.az

Azərbaycan və Belarus Müdafiə nazirlikləri arasında müqavilə təsdiqləndi

Azərbaycan və Belarus Müdafiə nazirlikləri arasında müqavilə təsdiqləndi

Aktual

9 İyul 2021, 11:53

Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında “Azərbaycan Respublikas Müdafiə Nazirliyi ilə Belarus Respublikasının Müdafiə Nazirliyi arasında ikitərəfli əməkdaşlığın həyata keçirilməsi zamanı məxfi informasiyanın qarşılıqlı ötürülməsinə dair” Müqavilənin təsdiq edilməsi barədə sənəd müzakirəyə çıxarılıb.

Modern.az xəbər verir ki, sənəddə tərəflər məxfi informasiyanın mühafizəsi üzrə öhdəliklər götürüblər.

Sənəddə məxfi informasiyanın istifadəsi və işlənilməsi şərtləri və s. məqamlar öz əksini tapıb.

Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq təsdiqlənib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok