Modern.az

Türkiyədə faciə: 12 miqrant öldü, 20 yaralı...

Türkiyədə faciə: 12 miqrant öldü, 20 yaralı...

Aktual

11 İyul 2021, 11:16

Türkiyənin Van şəhərinin Yumaklı məhəlləsi yaxınlığında qanunsuz yolla qaçqınları daşıyan mikroavtobusun aşması böyük faciəyə səbəb olub.

 

Modern.az Anadolu agentliyinə istinadla xəbər verir ki, yol-nəqliyyat qəzası nəticəsində 12 nəfər ölüb, 20 nəfər yaralanıb. Hadisə yerinə cəlb olunan Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyinin əməkdaşları xilasedici işləri həyata keçiriblər. Yaralılardan bir neçəsinin vəziyyəti ağır olaraq dəyərələndirilib.

 

Yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək