Rusiya prezidenti Vladimir Putin oktyabrın 14-də Türkiyəyə səfərinin təxirə salınmasının səbəbi açıqlanıb. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, bu barədə Kremlin Prezident Administrasiyasının rəhbəri Sergey İvanov açıqlama verib.
O bildirib ki, Suriyanın təyyarəsi endirildiyi vaxt Putinin Türkiyədə olması heç də yaxşı olmazdı.
Qeyd edək ki, oktyabrın 14-də Türkiyə-Rusiya Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının üçüncü iclasına qatılması gözlənilən Vladimir Putinin səfəri təxirə salınaraq, dekabrın 3-nə təyin edilib.
Sevinc İltifatqızı