Sumqayıt şəhərində zibillikdən qumbara tapılıb.
Modern.az-ın məlumatına görə, hadisə şəhərin 10-cu mikrorayonda qeydə alınıb. Belə ki, ərazidən keçən şəxslər zibil qutusunun yaxınlığında olan sursatı görüb polisə məlumat veriblər.
Əraziyə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
Qumbaranın olduğu ərazi polislər tərəfindən mühafizə edilib və aidiyyəti qurumlara partlamamış hərbi sursatın ərazidən aparılması üçün məlumat verilib.