Modern.az

Qasırğa 60 min insanı işıqsız qoydu

Qasırğa 60 min insanı işıqsız qoydu

Dünya

11 Sentyabr 2021, 20:32

Kanadaya məxsus Nyufaundlend adasının şərq sahillərində “Larry” qasırğası infrastruktura ciddi ziyan vurub.

 

Modern.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yayıb.

 

Külək yüzlərlə ağacı, yol nişanı və reklam lövhələrini uçurub. Qasırğa nəticəsində təxminən 60 min insan elektriksiz qalıb.

 

Məlumata görə, küləyin sürəti 50,5 m/s-ə çatıb. İnsan tələfatı barədə məlumat verilməyib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiya Gürcüstana girir? - Hərbi əməliyyatlara hazırlıq…