Modern.az

Erməni nazirlərdən Putinin hərbi blokuna hörmətsizlik – FOTO

Erməni nazirlərdən Putinin hərbi blokuna hörmətsizlik – FOTO

Dünya

15 Sentyabr 2021, 10:33

Tacikistanın paytaxtı Düşənbə şəhərində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (Rusiya, Qazaxıstan, Qırğızıstan, Belarus, Tacikistan, Ermənistan) xarici işlər, müdafiə nazirləri və Təhlükəsizlik Şuralarının Baş katibləri toplaşıb.

 

Modern.az xəbər verir ki, görüşdə məqsəd regional təhlükəsizlik məsələlərinin müzakirəsi olub.

 

Xüsusən, Əfqanıstanda baş verənlər KTMT-nın iclasının əsas gündəmi olub. Görüşdən sonra kollektiv şəkil çəkilib.

 

Maraqlıdır ki, kollektiv şəkildə Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan və müdafiə naziri Arşak Karapetyan olmayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir