Modern.az

XTQ ilə bağlı memorandum müzakirəyə çıxarılır

XTQ ilə bağlı memorandum müzakirəyə çıxarılır

Aktual

15 Sentyabr 2021, 10:43

Bu gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin onlayn iclası keçiriləcək.

 

Modern.az xəbər verir ki, iclasın gündəliyinə 3 məsələ daxil edilib. Bunlar aşağıdakılardır:

 

1.Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin 2021-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində gördüyü işlər barədə hesabatı.

 

2. Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin 2021-ci ilin payız sessiyası üçün nəzərdə tutulmuş iş planı.

 

3. “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlılarının təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir