Modern.az

Elşad Abdullayev müxalifət liderlərilə bağlı videodan danışdı - AÇIQLAMA

Elşad Abdullayev müxalifət liderlərilə bağlı videodan danışdı - AÇIQLAMA

9 Noyabr 2012, 11:18

Mətbuatda fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin müxalifət liderlərilə də bağlı şok videolar yayacağı barədə məlumatlar yayılıb.

Modern.az saytına açıqlamasında isə Elşad Abdullayev bu məlumatların həqiqətə uyğun olmadığını qeyd edib.

“Bu barədə qeyd edilən fikirlər həqiqətə uygun deyildir. Bildirirəm ki, müxalifət partiyalarının sədrləri və partiyaların rəhbərliyində təmsil olunanlarla bağlı məndə heç bir audio-video görüntüləri yoxdur. Mənim siyahımda olan video görüntülər yalnız qardaşım, Milli Təhlükəsizlik Nazirliyinin zabiti Mahir Abdullayevi ogurlayan mütəşəkkil cinayətkar təşkilatın üzvləri ilə bağıdır”-deyə E.Abdullayev vurğulayıb.

A.Qorxmaz

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi