Modern.az

Oqtay Əsədov Sankt-Peterburqa gedir

Oqtay Əsədov Sankt-Peterburqa gedir

Aktual

20 Noyabr 2012, 12:57

Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti noyabrın 21-də Rusiyanın Sankt-Peterburq şəhərinə səfərə gedir. Parlamentdən Modern.az-a bildirilib ki, səfər noyabrın 23-nə kimi davam edəcək.

Azərbaycan nümayəndə heyəti Sank-Peterburqda keçiriləcək MDB Parlament Assambleyasının 38-ci plenar iclasında iştirak edəcək. Nümayəndə heyəti məşhur yazıçı Çingiz Aytmatovla bağlı “Çingiz Aytmatov dünyası: mədəniyyətlərin inteqrasiyası və dialoq” mövzusunda keçiriləcək beynəlxalq konfransda da iştirak edəcək. 

Səfər çərçivəsində O.Əsədovu deputatlar Elton Məmmədov, Arif Rəhimzadə, Aslan Cəfərov, Rüfət Quliyev, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev müşayiət edəcək.

Səfər zamanı O.Əsədovun bir sıra MDB dövlətlərinin parlament sədrləri ilə görüşlər keçirməsi də gözlənilir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok