Modern.az

Bakıda daha bir məktəb distant təhsilə keçdi

Bakıda daha bir məktəb distant təhsilə keçdi

19 Oktyabr 2021, 10:25

Paytaxtdakı 245 nömrəli tam orta məktəbin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.

 

Modern.az-ın məlumatına görə, belə ki, 245 nömrəli tam orta məktəbin 12 müəllimi və 5 şagirdinin COVIID-19 infeksiyasına yoluxması təsdiq olunub. Həmçinin COVID-19 testi pozitiv çıxan şagirdlərlə digər şagirdlərin təmasda olması qeydə alınıb.

 

Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 245 nömrəli məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok