Modern.az

Mərhum jurnalistin bacısı ölkə başçısından kömək istədi

Mərhum jurnalistin bacısı ölkə başçısından kömək istədi

Aktual

23 Oktyabr 2021, 13:00

Mərhum jurnalist Zabil Müqabilöğlunun bacısı Sevinc Fərhadova səhhətində yaranmış ciddi problemlə bağlı ölkə Prezidentinə müraciət edib.

Modern.az-ın məlumatına görə, ağır xəstəlikdən əziyyət çəkdiyini bildirən S.Fərhadova əslən Zəngilan rayon Babaylı kəndindən olduğunu xatırladıb. Qeyd edib ki, valideynləri və qardaşı haqq dünyasına qovuşandan sonra uzun müddətdir tək yaşayır. Zəngilan rayonunun 32 saylı orta məktəbində Uşaq Birliyi təşkilatının rəhbəri vəzifəsində işləyən S.Fərhadova hazırda Ramanıdakı Şuşa köçkün şəhərciyində yaşayır

“Hörmətli cənab Prezident,
Mənim səhhətimdə ciddi problemlər var. Ürəyin oksigen çatışmazlığı və qalxanvari vəzin xəstəliyindən əziyyət çəkirəm. Əməliyyat üçün 2018-ci il may ayının 26-da Kapital Bankdan 36 faizlə 3 min manat kredit götürdüm. O vaxtdan həmin kredit hər ay 111 AZN məbləğində əmək haqqı kartımdan tutulur. Aldığım maaşın yerdə qalan məbləğilə ərzaq və dərman vasitələrimi ala bilmirəm. Sizdən xahiş edirəm, mənim banka olan borcumun ödənilməsi və səhhətimdəki mövcud problemlərin müalicəsi üçün kömək göstərəsiniz”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir