Türkiyə Suriyanın şimalında yeni quru əməliyyatına hazırlaşır.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, əməliyyatın sabah başlanması gözlənilir.
Türkiyə ordusunun bir neçə istiqamətdə Suriyaya daxil olması gözlənilir. Əsas müdaxilənin Əzaza və Tel-Abayad şəhərlərindən başlanması gözlənilir.
Məqsəd özünü “Suriya demokratik qüvvələri” kimi təqdim edən PKK-nın Suriya qanadının Türkiyə ordusu və Suriya müxalifətinə hücumlarının qarşısını almaqdır. Əməliyyat çərçivəsində Kobani şəhərinin də nəzarətə alınması planlaşdırılır.
Bu gün Tel-Abayad yaxınlığında PKK mövqelərinə pilotsuz uçuş aparatı ilə endirilən hava zərbəsi zamanı təşkilatın 4 üzvünün öldüyü də məlum olub.
Əməliyyata 25 min türk hərbçisi ilə yanaşı, Suriya müxalifətinin 10 min nəfərdən ibarət şəxsi heyətinin cəlb edilməsi də planlaşdırılır.