Modern.az

"Lotu Süleyman" azadlığa buraxıldı

"Lotu Süleyman" azadlığa buraxıldı

Təhsil

18 Fevral 2010, 16:18

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə qəsdən adam öldürməyə cəhddə ittiham olunan kriminal avtoritetə bəraət verib. Kriminal aləmdə "Lotu Süleyman" ləqəbi ilə tanınan Süleyman Şirinova bəraət hökmü çıxarılıb və o, məhkəmə zalında həbsdən azad edilib.

Təqsirləndirilən şəxs 2000-ci ilə kimi qüvvədə olan Cinayət Məcəlləsinin 94,1.6-cı (ölümə sui-qəsd) maddəsi ilə ittiham olunurdu.

İttihama görə, S.Şirinov 1997-ci il noyabrın 19-da adam oğurluğu ilə məşğul olan Abuzər Abuzərovu öldürmək məqsədilə "Makarov" markalı tapançadan atəş açaraq onu yaralayıb.11 il istintaqdan yayınan S.Şirinov 2008-ci ildə həbs edilmişdi.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok