Modern.az

Pentaqon Hindistana qarşı: “S-400-lə bağlı fikrimiz qətidir!”

Pentaqon Hindistana qarşı: “S-400-lə bağlı fikrimiz qətidir!”

Dünya

16 Noyabr 2021, 10:34

"Hindistanın Rusiyadan S-400 yer-hava raket sistemləri almaq qərarından narahatıq".

 

Modern.az xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Con Kirbi bildirib.

 

“Hindistanlı tərəfdaşlarımıza bu sistemlərdən narahat olduğumuzu açıq və qəti şəkildə söylədik, deyəcək yeni bir şeyim yoxdur”.

 

Qeyd edək ki, Hindistan 2015-ci ildə Rusiyadan S-400 almaq niyyətində olduğunu açıqlayıb.  5,43 milyard dollar dəyərində müqavilə Rusiya prezidenti Vladimir Putinin 2018-ci ilin oktyabrında Hindistana səfəri zamanı imzalanıb. Eyni zamanda, Yeni Dehli Rusiyanın hava hücumundan müdafiə sistemlərindən imtina etmək fikrində olmadığını bildirir.

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok