Bu gün dünyanın müxtəlif şəhərlərində atmosfer çirklənməsinin çoxu məhz avtomobil nəqliyyatının payına düşür. Bakıda da belədir. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov fevralın 18-də ölkə başçısının yanında keçirilən müşavirədə bildirib ki, hazırda paytaxtda 549 min 511 avtomobil qeydiyyatdadır ki, bunların da çoxu, başqa sözlə, 80 faizi Avro-3 və Avro-4 standartlarına uyğun deyildir. Həmin avtomobillərdən atmosferə normadan artıq zəhərli maddələr ixrac olunur: “Xaricdən avrostandartlara uyğun olmayan avtonəqliyyat vasitələrinin ölkəyə gətirilməsinin qarşısının alınması və 10-15 il əvvəl istehsal olunmuş köhnə, yararsız, ekoloji standarta cavab verməyən, istismar müddətini başa vurmuş avtonəqliyyat vasitələrinin tədricən istismardan çıxarılması və eyni zamanda, yeni avrostandarta uyğun yanacağın istehsalının artırılması Bakı şəhərinin ekologiyasının qorunmasına gətirib çıxara bilər”.