Modern.az

Rusiya mədənində qəza: 52 nəfər ölüb

Rusiya mədənində qəza: 52 nəfər ölüb

Dünya

25 Noyabr 2021, 23:35

Xəbər verdiyimiz kimi, bu gün Moskva vaxtı ilə saat 04.30-da Kemerovo vilayətinin “Listvyajnaya” mədənində qəza baş verib.

 

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində ölənlərin sayı 52 nəfərə çatıb.

 

Qəzadan sonra onlarla şaxtaçının taleyi naməlum olaraq qalır.

 

Regional hakimiyyət orqanlarının məlumatına görə, mədəndə 285 nəfər olub, onlardan 239-u səthə çıxarılıb. Ümumilikdə 49 şaxtaçı yaralanıb, 37 nəfər xəstəxanaya yerləşdirilib. İlkin məlumatda bildirilirdi ki, hadisə nəticəsində 11 nəfər həlak olub.

 

Noyabrın 26-dan 28-dək vilayətdə matəm elan edilib.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok