Modern.az

Məşhur “Əfqan qızı” İtaliyaya gətirildi - FOTO

Məşhur “Əfqan qızı” İtaliyaya gətirildi - FOTO

Dünya

26 Noyabr 2021, 08:55

1985-ci ildə çəkilən fotosu ilə məşhur olan "Əfqan qızı" Şərbət Qula İtaliyanın paytaxtı Romaya gəlib.

Modern.az xarici KİV-ə istinadən bildirir ki, hazırda 31 yaşında olan Şərbət “Taliban” rejimindən xilas olmaq üçün İtaliya dövlətindən sığınacaq istəyib.

Şərbətin müraciətindən sonra İtaliya baş nazirliyi işə qarışıb və onu Əfqanıstandan çıxararaq Romaya gətirib.

Şərbət Qula məşhur fotosu çəkilən zaman 13 yaşında olub. Hər kəsə təsir edən fotodakı qızın kim olduğu uzun müddət bilinməyib. 2002-ci ildə fotoşəkilin müəllifi McCurry də daxil olmaqla “National Geographic” komandası Qulanı tapmaq üçün Əfqanıstana yola düşüb. Komanda onu Əfqanıstanın ucqar bölgəsində tapa bilmişdi.

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok