Modern.az

Kürdəmirdə mikroavtobus aşıb - Yaralananlar var

Kürdəmirdə mikroavtobus aşıb - Yaralananlar var

Aktual

27 Noyabr 2021, 13:54

Kürdəmirdə ağır yol-nəqliyyat hadisə baş verib.

 

Modern.az "Report"a xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Kürdəmir rayonunun Xırdapay kəndindən keçən hissəsində qeydə alınıb.

 

Belə ki, "FORD" markalı mikroavtobus həmin yolda hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı beton lövhəyə çırpılıb.

 

İlkin ehtimala görə, hadisə zamanı 6 nəfərin müxtəlif dərəcəli bədən xəsarəti aldığı bildirilir. Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir