Modern.az

Rusiyada hərbi zavodda PATLAYIŞ

Rusiyada hərbi zavodda PATLAYIŞ

Aktual

27 Noyabr 2021, 15:03

Rusiya Müdafiə Nazirliyinin Nijeqorod vilayətinn Dzerjinski şəhərində yerləşən Y.M.Sverdlov adına hərbi zavodunda partlayış olub.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, məlumatı nazirlik yayıb.

 

Hadisə partlayıcı istehsal edən sexdə qeydə alınıb. Nəticədə 3 nəfər yaralanıb. Yaralılar hospitala yerləşdirilib.

 

Partlayışdan sonra yanğın başlayıb.

 

Hadisə yerində yanğınsöndürənlər cəlb olunub.

 

Rusiya fövqəladə hallar naziri səlahiyyətlərini icra edən Alkesandr Çupriyanov Dzerjinskə gedib.

 

Hadisənin səbəbi araşdırılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir