Modern.az

Ermənistanla sərhəddə antiterror ƏMƏLİYYATI

Ermənistanla sərhəddə antiterror ƏMƏLİYYATI

Dünya

3 Dekabr 2021, 11:53

Türkiyə Ermənistanla sərhəddə antiterror əməliyyatı keçirir.

 

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyənin Daxili İşlər Nazirliyi Ağrı, Ərzurum və Qarsda “Eren Kış-10” adı altında antiterror əməliyyatı keçirir.

 

Nazirlikdən bildirilib ki, PKK terror qruplaşmasını ölkənin gündəliyindən çıxarmaq və terrorçuların zərərsizləşdirilməsi məqsədilə Ağrı, Ərzurum və Qarsdakı əməliyyat keçirilir.

 

Qeyd edilib ki, Ərzurum Jandarm bölgə Komandanlığının cəlb edildiyi əməliyyatda yerli Jandarm Komandosu, Jandarm Xüsusi Təyinatlı Dəstəsi, təhlükəsizlik qoruyucularından ibarət 790 şəxsi heyətlə 70 komanda iştirak edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir