Modern.az

Elektron siqaretə aksiz vergisi tətbiq olundu

Elektron siqaretə aksiz vergisi tətbiq olundu

Aktual

3 Dekabr 2021, 11:56

Elektron siqaretə aksiz dərəcəsi tətbiq olunacaq. Tütün əvəzləyiciləri, birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzediciləri aksizli mallara aid edilir.

 

Modern.az-ın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

 

Layihəyə əsasən, tütün əvəzləyicilərinin hər kiloqramına 30,0 manat, birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərinin hər bir ədədinə isə 0,25 manat aksiz dərəcəsi tətbiq olunur.

 

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir