Modern.az

Fransa Fələstin dövlətini tanımağa hazırdı

Fransa Fələstin dövlətini tanımağa hazırdı

22 Fevral 2010, 10:33

Fransa sərhədləri müəyyənləşənə qədər Fələstin dövlətini tanımağa hazırdır. Modern.az xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Bernar Kuşner  Deutsche Welle radiosuna verdiyi müsahibədə bildirib. “Biz özümüzə real vəziyyət barədə hesabat verməliyik; Fransa Fələstin polisinə təlimat keçir, İordan çayının qərb sahilində isə  müəssisə yaradılır. Bu kontekstdə sərhədlər müəyyən olunana qədər Fələstin dövlətinin elan olunması və onun dünya birliyi tərəfindən tezliklə tanınmasını gözləmək məntiqlidir”,-deyə Kuşner bildirib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir