Modern.az

Azərbaycan şəhərində oturub azərbaycanlıları təhqir edir

20 Sentyabr 2021, 17:01

Elçin Alıoğlu

Ərdəbilin imam-cüməsi, İranın ali dini liderinin Ərdəbil üzrə nümayəndəsi ayətulla Seyid Həsən Amilinin dedikləri ilə yəqin tanışsınız.

Nə deyə bilərəm?

Allah Cəlil Məmmədquluzadəyə qəni-qəni rəhmət eləsin: onun əsərlərindəki bisavad, nadan, kinli, cahil mollaların sanki yeni formatı, reinkarnasiyasıdır bu bambılı.

Ərdəbildə, Azərbaycan şəhərində oturub azərbaycanlıları təhqir edir.

"Azərbaycan şirin quyruğu ilə oynamasın" deyir.

Hansı "şir"dən bəhs edir bu küdurət içində boğulan məxluq?

"İsrail səfirinə deyirəm, pulu çox etsin" deyir başısarıqlı zavallı.

Ay bədbəxt - İsrailin Azərbaycandakı səfirliyi kimsəyə pul vermir.

Azərbaycandan qaçan nadürüstlərə qucaq açan, onların sosial şəbəkələrdə və YouTube-da zəvzəkliklərini təkanlayan isə hansı ölkədir, deyimmi, qarasarıqlı?

"İsrail niyə Azərbaycana silah satır?" deyir bu sarıqlılar.

Xub, ilk dəfədir yazıram: Azərbaycan illər əvvəl İrandan "Şəhab" raketlərini almaq istəmişdi. Tehran satmadı. Biz də İsraildən "Lora" aldıq.

Amili bambılının dediklərini eşitdik.

İndi başda Allahşükür Paşazadə olmaqla, İran adı gələndə az qala məst olanlardan Amiliyə cavab gözləyirəm.

Paşazadə nə zaman dillənəcək, İrandan bizə ünvanlanan bu əxlaqsızlığa, şərəfsizliyə cavab verəcək?

Sözüm həm də ərdəbillilərədir.

Azərbaycanlıları Amili təhqir edir.

Susmaq olmaz.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var