Modern.az

“İcra başçısının müavinindən şikayət var, o adam döyüb”

“İcra başçısının müavinindən şikayət var, o adam döyüb”

Ölkə

18 Dekabr 2012, 13:56

Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Azər Haqverdiyevdən Elçin Behbudova şikayət daxil olub. Modern.az-ın məlumatına görə, bu haqda bu gün Beynəlxalq Mətbuat Mərkəzində İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov illik hesabatla bağlı keçirdiyi mətbuat konfransında deyib.

E. Behbudovun sözlərinə görə, şikayətdə bildiriblər ki, A.Haqverdiyev İcra Hakimiyyətinin binası qarşısında bir nəfəri döyüb.

Qeyd edək ki, Azər Haqverdiyev hazırda Xaçmaz icra başçısının sosial-iqtisad məsələlər üzrə müavini vəzifəsində işləyir.

Aqşin Kərimov

Whatsapp
Bizə yazın!
Keçid et
Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizin inşasına başladılar