Modern.az

Yavaş gedirik... Yaxşı gedirik...

29 Sentyabr 2020, 08:30

Vasif İsmayıl

Cəbhədəki vəziyyət haqqında bəzi fikirlərim.

Yavaş gedirik...

Daha doğrusu, yavaş getdiyimiz görüntüsü ortaya çıxır.

Görüntü, başa düşürsünüz, insanın şəxsi hisslərindən biridir, yəni reallıq hər zaman sənin gördüyün kimi olmaya bilər.

Biz burada rayon alırıq, gün təyin edirik, amma reallıq belə deyil.

Necədir, elə isə?

İndiki Qarabağ savaşı Afrin müharibəsinin bir nüsxəsi, bir təkrarıdır. Düşmənin müdafiə xəttində "cib"lər açaraq orada möhkəmlənmək, sonra yeni istehkamlardan düşmənə artıq üz-üzə, yəni 1 deyil, 3 istiqamətdə atəş açmaq, düşməni yorduqdan sonra da cibi genişlətmək və yenə möhkəmlənmək....yenə möhkəmlənmək.

Niyə belə edilir?

Çünki müasir döyüş texnikası budur və özünü ən azından bir dəfə sübut edib.

Canlı qüvvə itkisini azaltmaq üçün belə edilir.

Başa düşürəm, biz azərbaycanlılar sovetin "urra" qışqıraraq hücuma keçib düşməni darmadağın edən ordu mənzərələri ilə böyümüşük. Amma indi elə deyil.

Nəticə:

Məqsəd Füzuli, Cəbrayıl, Kəlbəcər və Ağdərədirsə, bu savaş ən az 3 həftə sürəcək.

Hər gün yeni mövqe alınması xəbəri almayacağıq, amma belə xəbərləri mütləq alacayıq. Hər gün sadəcə düşmən mövqelərinə zərbə videoları izləyəcəyik.

Biz yaxşı gedirik. Ordumuza, insanımıza tam dəstək vermək, özümüzü həqiqətən yetişmiş millət kimi göstərmə vaxtıdır, dostlar!

Vuruşaq!

Az itki verək!

Çox qazanaq!

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok