Modern.az

Biz Qarabağa daha tez gedə bilərik: bir şərtlə ki...

14 İyul 2020, 15:33

Vüqar Tofiqli

Sergey Lavrov zəng edib Azərbaycanlı həmkarıyla danışıb. Nədən danışdıqları bəllidir. Danışıq barəsində geniş məlumat verilməsə də, məntiqlə düşünmək olar ki, S. Lavrov elə belə məsələyə görə zəng etməyib. Hiss olunur ki, S.Lavrov ermənilərin sayının azalmasından bərk narahatdır. Düşünür ki, Azərbaycan tərəfi döyüşü davam etdirsə ermənilər üçün çox pis ola bilər.

Hər halda erməni tərəfinin ciddi itkilərə məruz qalması göz önündədir.

Sözüm ondadır ki, bizim üçün Prezidentin “Hərbçilərimizin qisası alınıb” deməsi kifayətdir ki, vəziyyətin nə yerdə olduğu bilinsin. Bu məsələnin bir tərəfi.

Ancaq mən başa düşə bilmədim ki, Ağdam kimi şəhəri 27 ildir işğal altında saxlayan, şəhəri yerlə yeksən edib viran qoyan erməni niyə Tovuzun Ağdamına da qənim kəsilib. Təxminən eyni çoğrafi zona olmaqla yer adlarının da eyni olması erməniləri deyəsən qıcıqlandırır. Açığı Qara qayadan söz düşəndə elə bildim Ağdamın Qara qayasından söhbət gedir.

Ermənilərin ağdamlılara qarşı kin-küdurətinin hansı səbəbdən olduğu başa düşülən deyil. Çünki bizimkilər onlara həmişə bütün mənalarda “çörək” veriblər, onları heç vaxt ac qoymayıblar. Bu “çörəy”in qarşılığında belə addımın atılması hər halda bu xalqın “çörəyinin dizinin üstündə” olmasından xəbər verir.

Bir də ki, onların yaddaşlarında deyəsən 1992-1993-cü illər qalıb. Pərakəndəlik, ordudakı təcrübəsizlik, siyasi çaşqınlıq, ordunun texnki təchizatının sıfıra bərabər olması və sair. Erməni bu gün bilməlidir ki, Azərbaycan ordusu regionun aparıcı ordusudur. Onunla bu şəkildə, bu tonda danışmaq olmaz.

Bəli, itkimiz oldu. Nə edə bilərik, müharibə şəraitində yaşayırıq. Qəhrəman oğul yetişdirən valideynlərin danışıqlarına isə qürurlandım. Və  bir daha inandım ki, bu ordu ilə, bu gənclərlə biz Ağdama, Şuşaya, Kəlbəcərə və hətta Zəngəzuradək gedə bilərik.

Ancaq bəzilərimizin mənəviyyatını erməni xislətindən, xəbisliyindən təmizləsək, damarında erməni qanı axanlardan və  o cümlədən “yarımdığa”lardan qurtulsaq, düşünürəm ki, biz Qarabağa daha tez gedə bilərik.

Biz tək ordunu deyil, digər sahələri də “Səhl İbn Sumbat”lardan təmizləməliyik.

Azad yaşamaqla, dövlətimizi yaşatmaq istəyiriksə onda bu məqamları nəzərə almalıyıq. Mütləq...

ALLAH BÜTÜN ŞƏHIDLƏRIMIZƏ RƏHMƏT ELƏSIN, YARALANAN ƏSGƏRLƏRIMIZƏ ŞƏFA VERSIN. AMİN

Whatsapp
Bizə yazın!
Keçid et
Ordumuz təhvil verilmiş kəndlərə daxil olub?