Modern.az

Camaat niyə səbəbsiz nifrət edir axı?...

21 Mart 2020, 12:17

Vasif İsmayıl

Hər kəs bu həyata müəyyən imkanlarla doğulur, elə müəyyən şəraitdə də böyüyür, formalaşır. İnsan heç vaxt doğulduğu imkanları dəyişmək iqtidarında deyil, böyüdüyü şəraitə də əksər hallarda müdaxilə qabiliyyətinə malik deyil.

Amma həyat insana müəyyən yollar yenə də təklif edir. İmkan verir sanki. Bəzən bəxtimizi sınamaq üçün son haqqı verir.

Az gedir, çox gedir....və bəzi insanlar "hater", ingilizcədən tərcümədə "nifrət edən" (əksər hallarda səbəbsiz nifrət) olur.

Həyatımın ilk illərində də məndən səbəbsiz nifrət edən insanlar yəqin ki olub, lakin "uşaq" olduğum üçündür yəqin onları xatırlamıram. Amma 2000-ci ildən internetdə nələrsə yazmağa başlayandan müntəzəm olaraq nifrətlə qarşılaşmışam.

İnanın, bunun səbəbini çox araşdırmışam. Xeyr, təbiət olaraq bir şey ummadığım insana həyatda bircə piksel hissimi xərcləyən deyiləm - mənim "davam" həmişə özümə yaxın buraxdıqlarımladır. Amma" ."çort poberi", çox maraqlıdır - camaat niyə səbəbsiz nifrət edir axı?

Neçə vaxtdır elmi ədəbiyyatda buna aid araşdırma axtarırdım. Neçə dissertasiya da oxudum bunun haqqında. Amma bir nəticəyə gələ bilmədim. Anlamadım, daha doğrusu. Haqq verərsiniz yəqin, anlamadığım məlumatı sizin üçün necə cəmləşdirə bilərəm?!

İnternetdə kütləvi vasitələrdə axtardığım mənbələri çoxu nifrət edənlərə nifrət ilə dolu idi. "Pazı pazla sökərlər" məntiqinə daxilən inansam da, xarakter olaraq nifrətdən uzaq biriyəm. İndi, özümə yapışdıra bilmədiyim bir hiss yardımı ilə nə bacararam ki?!

Amma yenə də maraqlı mənbələrə rastladım. Onlardan birinin gəldiyi nəticələrlə sizi tanış edəcəm. Artplusmarketing adlı saytda Adam Vrayt adlı müəlliifin məqaləsindən 36 maddədə "səbəbsiz" nifrət edənlərin profili.

  1. Sizə nifrət edənlər sizin səviyyənizdə deyillər.
    2. Sizə nifrət edənlər yoxdursa, mövqesiz birisiniz.
    3. Bəlkə də sizin ucbatınızdan sizə nifrət edirlər.
    4. Onları vecinizə almaya bilərsiniz.
    5. Həqiqətən adamın xətrinə dəyə bilirlər.
    6. Nifrət edənlər əzab içərisindədirlər.
    7. Nifrət edənlər öz əməllərinin həqiqi səbəblərinin aydınlaşdırılmasından çox qorxurlar.
    8. Keçmiş həyatınızda ən qiymətli şey sizə nifrət edənlərin olmasıdır.
    9. Nifrət edənlər hər zaman nifrət etməyin yeni yollarını düşünməklə məşğuldurlar.
    10. Nifrət etdikləri ilk adam da deyilsiniz, sonuncu da olmayacaqsınız.
    11. Nifrət edənlərin mərhəmətə, bağışlanmağa və sevilməyə haqları var.
    12. Nifrət edənlər özləri kimi nifrət edənlərlə komalaşırlar.
    13. Hər liderin onlara nifrət edənlərin əməllərindən ötrü tökdüyü əməlli göz yaşı keçmişi vardır.
    14. Qəlbinizin qırılmağına imkan verin.
    15. Nifrət onların sahib olduğu yeganə şeydir.
    16. Nifrət edənlərə sataşmaq olar.
    17. Nifrəti siz yaratmısınız.
    18. Onların sizdən nə istədiklərini dinləyin.
    19. Sizdən nifrət edənlər sizi istədiyiniz liderə çevrilməyə yardım edirlər.
    20. Nifrət edənlər və onların şəbəkəsi utanc içərisindədirlər.
    21. Camaat hər şeyi əslində yaxşı görür.
    22. Sizi yıxa bilmədiklərində siz bir pillə də yüksəlirsiniz.
    23. Nifrət edənlər gələcək üçün planlar qurmaqda acizdirlər.
    24. Nifrət edənlər və onları dəstəkləyən geriyə dönüb vurduqları zərəri bərpa etmədən qabağa gedə bilməzlər.
    25. Nifrət edənlər ciddi xəsarət vura bilərlər, amma özləri heç nə yarada bilməzlər.
    26. Nifrət edənlərə dözümlü yanaşmayın, əlaqəyə girməyin və heç vaxt dostlaşmayın.
    27. Sizi sevənlərə üzünüzü çevirin.
    28. Nifrət edənlər əksər hallarda fərdlərə deyil, qruplara nifrət bəsləyirlər.
    29. Oyunçuların və öyun qurucuların kim olduğunu öyrənməyə çalışın.
    30. Nifrət edənlər haqsız olduqlarını başa düşə bilməzlər.
    31. Nifrət edənlər və inların dəstəkçiləri vəziyyətin düzəlməsini və barış istəməzlər.
    32. Nifrət edən və ya onlarla dost olmaq ayıbdır.
    33. Camaat vəziyyəti sizdən daha yaxşı bilir.
    34. Nifrət edənlər sizi sevənlərə birləşdiyində hər iki hissi eybəcərləşmiş şəkildə eyni zamanda hiss edərsiniz.
    35. Çox çalışan, qazanar.
    36. Özünüz olun.
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok