Modern.az

Tələbə adı şöhrətdir!

20 Noyabr 2019, 12:44

Mülatif Adurov

“Turizm və təhsilin inkişafına dəstək” İB-in sədri,
veteran telejurnalist


Bir şərtlə ki, gərək onun adını həmişə yüksək tutasan, bunu nümunəvi davranışla, yaxşı oxumaqla, bütün sahələrdə tələbə adını ucaltmaqla onun adını doğruldasan, dərslərini yaxşı oxuyasan, tələbə şöhrətini daha da yüksəldəsən, onunla fəxr edəsən və zövq alasan. Yalnız bu yolla onun şöhrətini artırasan!


Budur bizim amalımız! -  deyə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi Aydan Nurəhmədova fikrini bildirdi. O bizimlə müsahibə zamanı tələbə adını yüksəltmək üçün daha yaxşı oxumaq və bununla fəxr etmək və zövq almaq zərurətindən söz açdı. Təhsil aldığı ali məktəbdə tələbə adını yüksəltmək üçün hər cür şəraitin yaradılmasından, onun adını daha da yüksəltmək istədiyindən dönə-dönə söz açdı.


Qrupumuzda 18 nəfərik. Hamı bir-birilə mehribandır, səmimidir. Birlikdə ad günləri keçiririk, kollektiv şəkildə kinoteatra, konsertlərə gedirik, çox səmimi və mehribanıq.


Müəllimlərimiz obyektivdirlər, onlardan çox razıyıq. İşimiz-gücümüz oxumaqdır, oxumaq! Buna qəlbən bağlıyıq. Bundan yüksək ilham alırıq.


Azərbaycan kimi kiçik bir dövlətdə on mindən çox gəncin tələbə adını daşıması, təkcə bu il xarici ölkələrdəki ali məktəblərə 299 gəncin qəbulu çox şey deyir. Bu o deməkdir ki, xarici ölkələrlə əlaqələrimiz daha geniş vüsət tapacaq, bu isə gənclər arasında qarşılıqlı əlaqələrə şərait yaratmaqla, gənclərin möhkəm dostluğuna təkan verəcək, biri-biriləri ilə qarşılıqlı əlaqələri ölkəmizdə turizmin inkişafına dəyərli təsir göstərəcəkdir.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü